Yoxdur gəncliyimnən əlamət mənim
Gəncliyimə çəkən çəkdi xətt mənim
Cismimi yandırdı məhəbbət mənim
İndidə ruhum yanar çox qorxuram
Qorxuram ki qəfil çıxıb gedərsən
Ümidlərimi param parça edərsən
Məndən alıb ürəyini verərsən
Hansısa bir insana çox qorxuram
Mənim elə qorxum budur ki bezərsən
Əllərini əllərimnən üzərsən
Mənimlə gəzdiyin kimi gəzərsən
Özgəsiylə yan yana çox qorxuram
Qorxuram qorxuram
Düşərəm həsrət hicrana çox qorxuram
Qorxuram qorxuram
İndidə ruhum yanar çox qorxuram
Öldürəcək axırda dərdin məni
Qoyubdur çöllərdə didərgin məni
Xəsdə salıbdır sənin eşqin məni
Möhtac olan dərmana çox qorxuram