Ona görə gözlər kor oldu,
Qurumadı gözümdə yaş.
O isə mənə nankor oldu,
Tanımayaydım onu kaş.
1 ci bənd
Yenə hardan düşdü yadıma,
Sevgidə mənə, dağ çəkənim.
Yaraşırdı yar kimi yanıma,
Onsuz açılmazdı səhərim.
2 ci bənd
Əlimi tutan, gözumə baxan,
Səninəm deyənim tərk etdi məni.
Oduma yanan, qəlbə yatan
Ölərəm deyənim məhv etdi məni.
3 cü bənd
Ona yazdığım nəğmələrimdə,
Etiraf idi eşqlə dolu.
Nə bileydim onun ürəyində,
Sönəcək get gedə eşq alovu