Şebnem Qehremanova & İfrat - Gel Otur Qarşımda
Gəl Otur Qarşımda (mahnı sözləri):
(Bənd)
Mən o zamanlar, anlamadım ki,
Başqa şayirin bəstəsiymiş o,
Get dedim elə rahat getdi ki,
Sanki ayrılıq xəstəsiymiş o.
Gözdən düşən insan,
Qızıla bürünə, dəyərsizdir.
Əfsus, adamlar var,
Hekayəmdən xəbərsizdir.
(Nəqarət)
Gəl otur qarşımda ağladım səni,
Dərd məndə qucaq-qucaqdır,
Saxta gülməklərlə aldadım səni,
Həqiqi gülmürəm nə vaxtdır.
(Bənd)
Qocalıram artıq neynirəm onu,
Gəlsin üz-gözüm qırışlananda.
İnsan etdiyi bütün səhvlərin,
Bağımlısı olur bağışlananda.
Ömrün qoyma keçsin, özün özünü ovutmaqla,
Boş ver, xəyal etmə, onu öldür unutmaqla.
(Nəqarət)
Gəl otur qarşımda ağladım səni,
Dərd məndə qucaq-qucaqdır.
Saxta gülməklərlə aldadım səni,
Həqiqi gülmürəm nə vaxtdır