Yandırır
Gəl soruşaq özümüzdən
Niyə susuruq danısmırıq
Biz yola getmirik nədən
Elə küsürük barışmırıq
Bu ayrılıq yıxır bizi
Gəl belə eyləyək davam
Sənin çatışmır nəfəsin
Mənimdə sənsiz havam
Yandırır yandırır həyat yandırır bizi
Gecələri dolandırir şəhər utandırır bizi
Sevgi məhəbbət yalan deyib inandırır bizi
Nədən görüşə bilmirik kim dayandırır bizi
Divarlarnan danışmaqdan
Divarlar tamam saralıb
Evdə payız yaratmısam
Gəl daha səbrim daralıb
Hər kəsdən uzağam indi
Qırılmışam coxusundan
Səndə görsən qaçacaqsan
İçki siqar qoxusundan