Sənlə hər şey başqadı
Hər an eşqə,aşqadı
Lap ürəkdən könüldən
Nə ağıl nə başladı
Kim anladar eşqini
Bizdə gözlə,qaşladı
Dəstini hər jestini
Qəlbim elə xoşladı
Vaxt gəlirki,gün gəlir
Ürəklər düzgün gəlir
Səmimi sevgin ilə
Ruhun qəlbin dincəlir
Ayrı qalmaq aralı
Qeyri mümkün gəlir
Kövrək olur hisslərin
İncələrdən incəlir
Nə varsa aramızda
Çox tarazı,dəngədi
Xoşdu hər halımızda
Kövrək həm əyləncədi
Nə gözəl sənli həyat
Könlüm ürəyimcədi
Söylə görüm sevgilim
Səninçün bəs necədi
Gecəm ay ulduzludu
İstəkanım buzludu
Nə xoşdur söhbətimiz
Dadlı dadlı duzludu
Yarım ala gözlüdü
Nurlu mələk üzlüdü
Necə deyim anladım
Qəlbim elə sözlüdü